G20 ölkələri Rusiyadan Ukraynanı qeyd-şərtsiz tərk etməyi tələb etdi –BƏYANNAMƏ

G20 ölkələrinin liderlərinin Yekun Bəyannaməsində Rusiyanın Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxması tələb edilib.

Azpost.info bildirir ki, bu barədə BBC məlumat yayıb. Bali sammitinin yekun sənədində Rusiyanın Ukraynaya təcavüzü sərt şəkildə qınanılıb.

Sənəddə üzv ölkələrin milli mövqeyinin BMT-nin müvafiq qətnaməsinə uğun olduğu, Rusiyanın Ukraynaya təcavüzündən ən sərt şəkildə etiraz olunub və Rusiyanın Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxması tələb edilib.

Bəyannamədə müharibənin qlobal iqtisadiyyatda inflyasiyanı artırdığı, tədarük zəncirlərini dağıtdığı, enerji qiymətlərini artırdığı, qida təhlükəsizliyi problemi yaratdığı və maliyyə stabilliyi riskini artırdığı qeyd olunub.

Əvvəlki məqalə

“Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Kiyevdə Zelenski ilə görüşüb”

Sonrakı məqalə

“Putin uşaqlara zərbə endirir, bu barbarlıqdır…” –