G7 inkişaf etməkdə olan ölkələr üçün 600 milyard toplayacaq

G7 liderləri inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələri üçün 2027-ci ilə qədər 600 milyard dollara qədər vəsait toplamaq barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə G7 liderlərinin Xirosima sammiti zamanı qəbul olunmuş birgə bəyanatında deyilir.

Liderlər aşağı və orta gəlirli tərəfdaş ölkələrdə infrastruktur sərmayələri boşluğunu, o cümlədən infrastruktur layihələrinin maliyyələşdirilməsi və investisiyaların cəlb edilməsi üçün zəruri olan siyasi islahatlar vasitəsilə azaltmağın vacibliyini qeyd ediblər. Bu məqsədlər üçün özəl sektorun da cəlb edilməsinin zəruriliyini bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Zaxarova Rusiyaya birbaşa uçuşlara qarşı çıxanları “topa tutdu”

Sonrakı məqalə

Kral III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb