G7 ölkələri bu il Ukraynaya 39 milyard dollar yardım ayıracaq

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ın daxil olduğu G7 ölkələri bu il Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayıracaq.

Azpost.info xəbər verir ki, qərar Hindistanın Banqalor şəhərində G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin görüşündə qəbul edilib.

“Bu dəstək Ukrayna hakimiyyət orqanlarına dövlətin fəaliyyətinə zəmanət verməyə, əsas xidmətlərin göstərilməsini davam etdirməyə, kritik infrastrukturu təmir etməyə və iqtisadiyyatı sabitləşdirməyə imkan verəcək”, – birgə bəyanatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Daha 23 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Sonrakı məqalə

Serj Sərkisyanın partiyası hazırlanan “Sülh sazişi”nin mətnini yaydı –