G7 ölkələri Çinə qarşı mübarizə tədbirlərini elan edəcək- “Reuters”

G7 ölkələri mayın 18-21-də Xirosimada keçiriləcək sammit zamanı Çinin iqtisadi təzyiqinə qarşı mübarizə tədbirlərini elan edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verir.

Rəsminin sözlərinə görə, Pekinin öz maraqlarını təmin etmək üçün iqtisadi təsirindən necə istifadə etdiyi ilə bağlı sammitin hər bir iştirakçısının öz baxışı var. Mənbə vurğulayıb ki, G7 ölkələri bu məsələdə birgə fəaliyyət göstərməyə hazırdır.

Mənbə onu da bildirib ki, G7 ölkələri Pekinlə iqtisadi əlaqələri kəsmək istəmir.

Azpost.info

Əvvəlki məqalə

Kipr və Malta 45 rusiyalının “qızıl pasportlarını” ləğv edib

Sonrakı məqalə

Nazirlik rentgen müayinələri ilə bağlı əhaliyə müraciət etdi