“G7 ölkələri Ukraynaya 15 milyard ayıracaq” –“Reuters”

G7 ölkələri Ukraynaya 15 milyard avroluq maliyyə yardımı paketi təqdim etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Almaniya hökumətinin yüksək rütbəli rəsmisi agentliyə bildirib ki, qərar bu həftə Bonda keçiriləcək iclasda veriləcək.

Yardım paketi əsasən qrant şəklində maliyyələşməni nəzərdə tutacaq və 3 ayı əhatə edəcək. Almaniyalı rəsmi bildirib ki, qrant şəklində olan yardımın həcmi 7,5 milyard dollardır, onun da yarısı ABŞ tərəfindən təklif edilib. Xatırladaq ki, Ukrayna müharibə ilə əlaqədar büdcə kəsirini ödəmək üçün Beynəlxalq Valyuta Fondundan aylıq 5 milyard dollar yardım istəmişdi.

Azpost.info

Əvvəlki məqalə

“Avropa rus neft-qazından imtina etməklə intihara əl atır” –

Sonrakı məqalə

Buraxılış imtahanlarının nəticəsi açıqlanıb