G7 ölkələrinin rəsmiləri Dünya Bankı İnkişaf Komitəsinin iclasını Rusiyadan olan nümayəndənin çıxışı zamanı tərk ediblər.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Vaşinqtondakı iclası tərk edənlər arasında ABŞ, Yaponiya və Almaniya nümayəndələri də olub.
Aprelin 20-də Rusiyanın maliyyə naziri Anton Siluanovun Vaşinqtonda keçirilən G20 toplantısında çıxışı zamanı ABŞ-ın maliyyə naziri, Aİ Mərkəzi Bankının sədri, eləcə də Kanada və Ukrayna nümayəndələri də analoji şəkildə hərəkət etmişdilər.
Azpost.info