G7 rəsmiləri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edib

G7 rəsmiləri Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Videokonfransda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Stiven Lavqrov, Almaniya kanslerinin xarici siyasət məsələləri üzrə müşaviri Yens Pletner, Fransanın Ukraynadakı səfiri İzabel Dümon və digər nümayəndələr iştirak ediblər.

Yermak həmsöhbətlərinə cəbhədəki hadisələrin gedişi barədə məlumat verib və qeyd edib ki, ən çətin vəziyyət Rusiyanın əhəmiyyətli qüvvələrini cəmləşdirdiyi Ukraynanın cənub-şərqindədir. O, Mariupolda rus qoşunları tərəfindən bloklanan evakuasiya missiyasından da danışıb. Xüsusilə, “Azovstal” zavodunun zirzəmilərində gizlənən 156 Ukrayna vətəndaşının Zaporojyeyə çatması və təhlükəsiz olması faktını diqqətə çatdırıb.

Yermak əlavə edib ki, rus qoşunları mülki əhalinin və yaralı əsgərlərin yerləşdiyi və təcili tibbi yardıma ehtiyacı olduğu “Azovstal”ı atəşə tutmaqda davam edir: “Mariupolda humanitar vəziyyət fəlakətli olaraq qalır. Zavodda olan insanların azad edilməsi üçün hər cür səy göstərilməlidir”.

Görüş iştirakçıları Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarını, Rusiyaya qarşı növbəti sanksiyalar paketinin hazırlanmasını da müzakirə ediblər. Tərəflər razılaşıblar ki, Rusiya işğalçılıq müharibəsini dayandırana və sülhə nail olana qədər ona qarşı sanksiya təzyiqi artırılmalıdır.

Azpost.info

Əvvəlki məqalə

“Torpağa düşməsin havayı bir dən…” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu