G7 Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını müzakirə edəcək

G7 Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını müzakirə edəcək.

Azpost.info xəbər verir ki, müzakirələrin G7-nin ədliyyə nazirlərinin iyul ayında Tokioda keçiriləcək görüş zamanı baş tutması planlaşdırılır.

Bu barədə Avropa komissarı Didye Reynders bildirib.

Onun sözlərinə görə, bu il G7-yə sədrlik edən Yaponiya öz statusundan istifadə edərək digər Asiya ölkələrinə real təsir göstərə biləcək və beynəlxalq ictimaiyyətin dəstəyini qazanaraq tribunal yaratmaq imkanı əldə edəcək.

“Avropa İttifaqı hazırda Ukrayna məhkəmə sistemi və Beynəlxalq Cinayət Məhkəməsi ilə işləyir ki, müxtəlif ölkələrin, o cümlədən Ukraynanın hakimləri ilə xüsusi məhkəmə və ya hibrid məhkəmənin yaradılması məsələsini nəzərdən keçirsin”, – komissar deyib.

Azpost.info

Əvvəlki məqalə

“Avropalı tərəfdaşlarımız Ukraynaya 13 milyardlıq hərbi yardım ayırıblar”

Sonrakı məqalə

“Qərb Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa inandırmağa çalışır”