G7 sabah Rusiya nefti üçün yuxarı qiymət həddi qoyacaq- Novakdan AÇIQLAMA

G7 ölkələri noyabrın 23-də Rusiya nefti üçün yuxarı qiymət həddini açıqlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bundan əvvəl ABŞ maliyyə naziri Canet Yellen demişdi ki, Rusiya nefti üçün nəzərdə tutulan “qiymət tavanı” bir barrel üçün təxminən 60 dollar ola bilər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya “qiymət tavanı” tətbiq etməyə razılaşan ölkələrə neft və neft məhsulları tədarük etməyəcək. Novak qeyd edib ki, bu halda Moskva neft tədarükünü bazar yönümlü tərəfdaşlara yönləndirəcək və ya hasilatı azaldacaq.

Polşa, Latviya, Litva və Estoniya Avropa İttifaqı ölkələrini və Avropa Komissiyasını neft qiymətlərinin məhdudlaşdırılması ilə eyni vaxtda Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etməyə də çağırıb. Lakin bir sıra ölkələrin diplomatları paketin hələ hazır olmadığını bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

“Kukla Teatrında yoxlama rejissorun açıqlaması ilə əlaqəli deyil” –

Sonrakı məqalə

Rusiya Polşanı ATƏT-i məhv etməkdə ittiham edib