G7 Ukrayna üçün toplaşdı –Rusiyanın dondurulmuş milyardları Kiyevə verilir? (FOTO)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba G7 ölkələrini dondurulmuş Rusiyanın yüz milyardlarla dollarlıq aktivlərini Ukraynaya köçürməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

Kuleba bu çağırışı bu gün Almaniyada G7-nin xarici işlər nazirləri ilə görüşü zamanı səsləndirib. “Mən G7 ölkələrinin hökumət orqanlarını qanun qəbul etməyə və Rusiyanın suveren aktivlərinin müsadirə edilməsi və Ukraynaya verilməsi üçün bütün lazımi prosedurları həyata keçirməyə çağırıram. Bu prosedur olmalıdır ki, Ukrayna bu pulları ölkəni yenidən qurmaq üçün istifadə edə bilsin”, – Kuleba deyib.

XİN rəhbəri qeyd edib ki, Kanada artıq hərəkətə keçib və o, başqalarının da tezliklə eyni addımı atacağını düşünür. G7 nazirlərinin görüşündə müzakirə edilən digər mövzular arasında qlobal ərzaq böhranı da olub. “Rusiyanın Ukraynaya təcavüzü bu böhranın yeganə səbəbidir. Rusiya Ukrayna limanlarını bağlayıb, Ukraynanın ən böyük limanı olan Odessaya hücum edir. Bu liman vasitəsilə Ukraynanın kənd təsərrüfatı məhsulları dünya bazarına çıxarılırdı”, – Kuleba bildirib.

İclasda bu blokadanın aradan qaldırılması və Ukraynanın kənd təsərrüfatı məhsullarının, xüsusilə Afrika və Asiyaya ixracının təmin edilməsi yolları da müzakirə olunub.

Azpost.info

Əvvəlki məqalə

COVİD-19-a yoluxanların sayı açıqlandı

Sonrakı məqalə

AMEA-nın mütəxəssisləri Lənkəranda 100 yaşlı Kamal Kələntərli ilə görüşüb