Gürcüstanın “Georgian Airways” aviaşirkətinin təsisçisi Tamaz Qaiaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin ona və şirkətə qarşı tətbiq etdiyi sanksiyalara münasibət biıdirib.
Azpost.info xəbər verir ki, Qayaşvili bu sanksiyaların onun üçün mənasız olduğunu deyib və əlavə şərh verməkdən imtina edib.
“Kimin mənə qarşı nəyi tətbiq etməsi məni maraqlandırmır. Ümumiyyətlə, mən bu mövzunu şərh etmirəm”, – Qaiaşvili bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya uçuşların bərpası ilə əlaqədar bu gün Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.
Azpost.info