Güclü  ağrılara dözə bilən insanlar psixopatdırlar –Elmi araşdırma

Güclü  ağrılara dözə bilən insanlar psixopatdırlar.

Azpost.info bildirir ki, bunu Niderlandın Radboud Universitetinin alimləri müəyyən ediblər.

Araşdırmanın nəticələri Communications Psychology (ComPsy) jurnalında dərc olunub.

Tədqiqatda şəxsiyyətində psixopatik xüsusiyyətlərə dair sorğudan və ağrıya həssaslıq testindən keçən 106 könüllü iştirak edib. Təcrübə zamanı iştirakçılara ağrı həddi və ağrı dözümlülüyünü müəyyən etmək üçün qollarına zəif, lakin artan elektrik cəryanı verilib.

İştirakçılar daha sonra iki variantdan birini seçərək kompüterdə tapşırıqları yerinə yetiriblər: pul mükafatı yaxud pul cəriməsi və ya ağrılı elektrik cəryanı olan cəza. Tədqiqatçılar iştirakçıların davranışlarını izləyib, onların hər birinin mükafat və ya cəzadan sonra, xüsusən də ağrıya məruz qalmadan sonra seçimlərini dəyişib-dəyişməmələrinə baxıblar.

Nəticələr göstərib ki, psixopatik şəxsiyyət xüsusiyyətlərinə malik olan iştirakçılar hətta ağrılı elektrik cəryanı zərbəsi aldıqda belə davranışlarını dəyişməyiblər. Alimlər qeyd ediblər ki, psixopatlar sanki cəzanı hiss etmirlər və ya ağrılı nəticələrdən dərs almırlar. Bu insanların həddən artıq mükafat qazanmaq istəyi var ki, bu da onları daha impulsiv və israrlı edir.

Psixopatiya həm də empatiyanın olmaması, şəfqət qabiliyyətinin azalması, səmimi tövbə edə bilməməsi, eləcə də eqo və  emosional reaksiyalarla xarakterizə olunur.

Əvvəlki məqalə

Heydər Əliyev Mərkəzində “Ana təbiət” sərgisi açılıb

Sonrakı məqalə

Filipp Kirkorov Rusiyada axtarışa verilib