“Günəşli” yatağındakı qəzada itkin düşən 17 neftçidən birinin meyiti tapıldı –Altı ildən sonra

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur.

Modern.az xəbər verir ki, bu barədə neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib.

Xatırladaq ki, qəza 2015-ci ilin 4 dekabrında “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 16 nəfər dünyasını dəyişib. 17 nəfər itkin düşüb.

Qeyd edək ki, bir neçə gün əvvəl SOCAR dənizdə insan qalıqlarının tapıldığını, onun Neft Şirkətinin bu ilin dekabrın 1-də itkin düşmüş əməkdaşına məxsus olmadığını açıqlamışdı.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ərdoğanın təklif etdiyi “3+3” formatının ilk iclası təyin olunub, vaxt açıqlandı –

Sonrakı məqalə

“Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir” –