Gürcüstan Avropa Şurasına prezidentliyi Yunanıstana təhvil verib

Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi Yunanıstana təhvil verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi internet saytında məlumat yayılıb.

Bildirilib ki, Yunanıstan növbəti 6 ay üçün AŞNK-ya sədrliyi 47 üzv ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən videokonfrans zamanı Gürcüstandan təhvil alıb.

Hazırkı konteksti nəzərə alaraq, Yunanıstan quruma sədrliyi dövründə ictimai sağlamlığın qorunması, səhiyyə böhranlarına reaksiya kimi məsələlərə fokuslanmaqla yanaşı, insan haqlarına hörmət, demokratiya, qanunun aliliyi kimi məqamlara diqqət ayıracaq. Yunanıstanın prezidentliyi dövründə digər prioritet istiqamətlərinin məhkəmə sisteminin müstəqilliyi, sosial təminatsız uşaqların qorunması, rəqəmsal təhsil sahəsində gənc nəsillərin hüquqları, ətraf mühit və sosial məsələlər olacağı qeyd olunub.

Noyabrın 4-də Afinada Avropa Şurasıl Nazirlər Komitəsinin iclası keçiriləcək. 47 üzv ölkənin XİN başçılarının iştirak edəcəyi iclasda Avropa İnsan Haqları Konvensiyasının 70 illiyi qeyd olunacaq. Noyabrda Yunanıstan AŞNK-ya sədrliyi Almaniyaya təhvil verəcək.

Qeyd edək ki, Gürcüstan Avropa Şurasına prezidentliyi ötən il noyabrın 27-də 6 ay müddətinə təhvil alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusdan ölәnlәrin sayı 7 minә yaxınlaşır

Sonrakı məqalə

HSBC: