Gürcüstan Baş naziri Türkiyəyə səfər edib- Ərdoğanla görüşəcək

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Türkiyəyə səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

İrakli Qaribaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır.

Qaribaşvili Gürcüstan Daxili İşlər Nazirliyinin xilasedici qruplarının dağıntıların çıxarılmasında iştirak etdiyi Hatay vilayətinin zəlzələdən zərər çəkmiş Antakya şəhərinə də səfər edəcək.

Nümayəndə heyətinə daxili işlər naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Hökumət Aparatının rəhbəri Revaz Cavelidze və Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Teymuraz Mqebrişvili daxildir.

Azpost.info

Əvvəlki məqalə

Beynəlxalq Məhkəmə qərarında Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb

Sonrakı məqalə

Türkiyə 7 ölkədə səfirlərini dəyişdi