Gürcüstan parlamentinə dörd yeni spiker seçilib- ADLAR

Gürcüstan parlamentinin vakant vəzifələrinə namizədliyi təqdim edilən deputatlar bugünkü plenar sessiyada təsdiqləniblər.

APA-nın yerli bürosu xəbər verir ki, müxalifət partiyalarının boykot etdiyi sessiyada parlamentin birinci vitse-spikeri vəzifəsinə Gia Volski, spiker vəzifələrinə isə Mamuka Mdinaradze, Giorgi Kaxiani və Kaxa Kuçava seçilib. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsi isə İrakli Berayaya həvalə edilib.

Qeyd edək ki, sessiya parlament binası qarşısında keçirilən etiraz aksiyası fonunda baş tutub.

Qeyd edək ki,noyabrın 14-də Gürcüstan parlamentində keçirilən səsvermədə 2020-ci ildə proporsional qaydada seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin qəbul edilməməsindən sonra hakim partiyadan 12 millət vəkili istefa verib. Bunlar arasında parlamentin birinci vitse-spikeri Tamar Çuqaşvili və Gürcüstan-Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri Zviad Dziqziquri də olub. Adı çəkilən millət vəkillərinin tutduğu vəzifələr parlament çoxluğu olan “Gürcü Arzusu”nun kviotası olduğundan həmin vəzifələr boş qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dram Teatrında aktrisa ilə direktor arasında qalmaqal

Sonrakı məqalə

Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb