Gürcüstan parlamentində insident:cinayət işi başlanıb

Gürcüstan parlamentində baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Bildirilib ki, faktla bağlı sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

***

Gürcüstan parlamentində baş vermiş insident nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə parlamentin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sopo Kiladze məlumat verib.

O qeyd edib ki, onlardan iki nəfəri millət vəkili, iki nəfər isə parlamentin işçiləridir. Onlardan bir nəfəri artıq xəstəxanaya aparılıb.

***

Müxalif partiyalardan olan iki millət vəkili Gürcüstan parlamentinin iclas zalına mənşəyi məlum olmayan kəskin qoxulu maye səpiblər.

Bundan sonra çoxluq təşkil edən millət vəkilləri iclasa fasilə verilməsini tələb ediblər.

Mayenin kəskin qoxusu səbəbi ilə bəzi millət vəkillərinin halı pisləşib, onlara təcili tibbi yardım çağırılıb.

Hadisəyə görə məsuliyyəti parlament binasının qarşısında keçirilən etiraz aksiyalarının təşkilatçısı olan “Utanc” hərəkatı öz üzərinə götürüb(apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacaq?

Sonrakı məqalə

“Gürcüstan parlamentinə kimyəvi hücum olub”