“Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək”- Baş nazir

“Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək, çünki münaqişənin tərəfi olmaq istəmir”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

“Hərbi yardıma gəlincə, biz bunu etməyəcəyimizi açıq şəkildə bildirdik. Biz dövlət olaraq heç vaxt münaqişəyə qarışmayacağıq. Bu, bizim aydın mövqeyimizdir”, – Baş nazir deyib.

Qaribaşvili daha əvvəl bildirmişdi ki, Ukraynadakı xüsusi əməliyyata görə hökumət Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək. Çünki Gürcüstan rəhbərliyi milli maraqlar əsasında hərəkət edir.

Azpost.info

Əvvəlki məqalə

“Hazırda dövlət başçılarının görüşü ilə bağlı razılıq yoxdur”

Sonrakı məqalə

Mirzoyan Macarıstanla diplomatik münasibətlərin bərpasının səbəbini açıqlayıb