Gürcüstanda təhsil nazirindən ölkədə rusdilli məktəblərin sayının artması ilə bağlı izahat tələb olunur.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Gürcüstanın təhsil naziri Mixail Çxenkeli rusdilli məktəblərin sayının artması ilə bağlı vəziyyəti deputatlara izah etmək üçün parlamentdə müxalif Vahid Milli Hərəkat partiyası qarşısında çıxış edəcək.
Azpost.info