Gürcüstanda toy, yas mərasimləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi iyulun 15-dək qadağan olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili bildirib.
O deyib ki, 10 nəfərdən insanın bir yerə toplaşması hallarında cərimələr tətbiq olunacaq: “Bu cür pozuntular aşkar olunarsa, mərasimdə olan fiziki şəxsin hər biri 2 min lari, hüquqi şəxs isə 10 min lari məbləğində cərimələnəcək”.
Parlament üzvü vətəndaşlara müraciət edərək onları iyulun 15-dək heç bir kütləvi tədbir keçirməməyə çağırıb.