Gürcüstanda toy və yaslara qoyulan məhdudiyyət uzadıldı

Gürcüstanda toy, yas mərasimləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi iyulun 15-dək qadağan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili bildirib.

O deyib ki, 10 nəfərdən insanın bir yerə toplaşması hallarında cərimələr tətbiq olunacaq: “Bu cür pozuntular aşkar olunarsa, mərasimdə olan fiziki şəxsin hər biri 2 min lari, hüquqi şəxs isə 10 min lari məbləğində cərimələnəcək”.

Parlament üzvü vətəndaşlara müraciət edərək onları iyulun 15-dək heç bir kütləvi tədbir keçirməməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da Xristofor Kolumbun şərəfinə ucaldılmış heykəl götürülüb

Sonrakı məqalə

Tarixin ən çox sevilən kino qəhrəmanları bəlli oldu