Gürcüstandan xaricə səyahətlər məhdudlaşdırıldı

09 Mart 2020 - 14:52

Gürcüstandan xarici ölkələrə edilən biznes və təhsillə bağlı səyahətlər müvəqqəti olaraq məhdudlaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə məqsədilə yaradılan Dövlət Qurumlararası Koordinasiya Şurasının növbəti iclasında bildirilib.

Baş nazir Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən toplantıda ölkədə koronavirusla bağlı vəziyyət müzakirə olunub. Qeyd olunub ki, virusun təsdiqləndiyi 15 pasiyentin sağlamlıq durumu qənaətbəxşdir və onlar müvafiq müalicə alırlar.