“Gürcüstanın Avropa ilə vizasız rejimi yaxşı fikir deyildi”- Saakaşvili

Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib.

Səfirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu cür davranışlar tərəfimizdən pislənilir.

“Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işləyir”, – səfirlikdən vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ ordusu terror təşkilatı elan edildi

Sonrakı məqalə

Prezident İlham Əliyevin yanında müşavirə keçirilib