“Gürcüstanın NATO-ya üzvlüyü Rusiya üçün “qırmızı xətt”dir” –Lavrovdan XƏBƏRDARLIQ

“Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini “qırmızı xətt”in pozulması kimi qiymətləndirəcək”.

TASS-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz hər kəsə məlumdur: əgər alyans Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmağa davam edərsə, bu, “qırmızı xətt” olacaq”, – XİN başçısı vurğulayıb.

S. Lavrovun sözlərinə görə, Rusiyanın Avro-Atlantika regionda ümumi təhlükəsizlik kontekstində təhlükəsizlik zəmanəti ilə bağlı irəli sürdüyü təklifləri göstərir ki, Rusiya NATO strateqlərinin planlaşdırdığı ssenarilər üzrə hadisələrin mənfi inkişafının qarşısını almaqda maraqlıdır və bunu səmimi şəkildə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İki sayt və sosial şəbəkə istifadəçiləri cərimələnib –

Sonrakı məqalə

Məhkəmələrə hakim və sədrlər təyin edildi –