“Həbsxanada hər gün Putinin çıxışlarına qulaq asmağa məcbur edirlər”- NAVALNI

Həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnı hər axşam Rusiya prezidenti Vladimir Putinin çıxışlarına qulaq asmağa məcbur edilir.

Azpost.info xəbər verir ki, bu barədə Navalnı Teleqram kanalında bildirib.

“Hər axşam Putinin çıxışları yüksək səslə səsləndirilir. Onun Ukrayna ilə müharibə başlayandan sonra etdiyi bir neçə çıxış və müraciətlər… Putinin “Müharibəni biz başlamamışıq, onlar başlayıb və biz dayandırmağa çalışırıq” dediyi çıxışlardan biri elə bu dəqiqə səslənir. Hər dəfə bu anda dözə bilmirəm. Belə aşkar yalana görə başımı bulayıram və düşünürəm: mən hər şeyi düz etdim, belə bir gücə boyun əyməkdənsə, həbsxanada olmaq daha yaxşıdır”, – Navalnı yazıb.

Onun sözlərinə görə, məhbuslara tərəvəz almaq üçün pulun oğurlanması barədə məlumat verdikdən sonra həbsxana rəhbərliyi onun üçün yeni cəza növü təklif edib. Ona məktub yazmağa icazə verilməyib, alınan məhsullar məhv edilib, kamerasına “bomj” yerləşdirilib.

Azpost.info

 

Əvvəlki məqalə

Avropa Bankından saxta sənədlərlə külli miqdarda kredit götürülməsi ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

“Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq”