“ABŞ hakimiyyəti Rusiyada fəaliyyətini davam etdirən ABŞ şirkətlərinə təzyiq edir”.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, ABŞ biznesin bəzi nümayəndələri Rusiya bazarına yüksək maraq göstərirlər.
“Maliyyə və ticarət sahələrində çoxsaylı məhdudiyyətlər səbəbindən təsərrüfat subyektləri çox vaxt malların tədarükü üçün lazımi ödənişləri həyata keçirə bilmirlər. Üstəlik, məhdudiyyətlərin qoyulmadığı iddia edilən qida və dərmanlar da bura daxildir. Məhsulların çatdırılması üçün ənənəvi logistika marşrutları kəsilib”, – deyə səfir Vaşinqtondakı səfirliyinin Telegram kanalında yazıb.
Antonov həmçinin əlavə edib ki, Rusiya daxili bazarda öz mövcudluğunu davam etdirməkdə və saxlamaqda maraqlı olan xarici iş adamları ilə qarşılıqlı əlaqəyə tamamilə açıqdır.
Səfirin sözlərinə görə, bir sıra Amerika şirkətləri belə niyyətini ifadə edib. Amma diplomat onların adlarını açıqlamayıb.
Azpost.info