Həzi Aslanov və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili sığınacağa baş çəkib –

FOTO
14 Yanvar 2022 - 20:12

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general Həzi Aslanovla birgə DİN-in İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib.

Azpost.info bildirir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Onlar mərkəzin insan alveri qurbanlarına göstərdiyi xidmətləri və dünyada təqribən 25 milyon insanı əhatə edən məsələ ilə bağlı maarifləndirmənin zəruriliyini müzakirə ediblər.

Yanvar ayı ABŞ-da İnsan Alverinin Qarşısının Alınması Ayı kimi qeyd olunur. Bu ay, insan alveri ilə bağlı məlumatlılığı artırır və bu cinayətin aşkar edilməsi və qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirir.