Həzi Aslanov və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili sığınacağa baş çəkib –FOTO

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general Həzi Aslanovla birgə DİN-in İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib.

Azpost.info bildirir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Onlar mərkəzin insan alveri qurbanlarına göstərdiyi xidmətləri və dünyada təqribən 25 milyon insanı əhatə edən məsələ ilə bağlı maarifləndirmənin zəruriliyini müzakirə ediblər.

Yanvar ayı ABŞ-da İnsan Alverinin Qarşısının Alınması Ayı kimi qeyd olunur. Bu ay, insan alveri ilə bağlı məlumatlılığı artırır və bu cinayətin aşkar edilməsi və qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan Arazdəyən-Mehri dəmir yolunun bərpası üçün işçi qrup yaradıb

Sonrakı məqalə

Sabiq deputat Ağakərim Şərifova cinayət işi açılıb –