Hansı hallarda xurma yemək qadağandır?

Çay süfrələrimizin ləzzətli təamlarından olan xurmanın çox sayda vitamin və  minerallarla zəngin olması heç kəs üçün sirr deyil.

Lakin buna baxmayaraq, bəzi şəxslərə ondan istifadə faydadan daha çox zərər verə bilər.

Rusiyalı həkim Alyona Stepanova kimlərə və hansı hallarda xurmanın qadağan edildiyi barədə məlumat verib. O, xurmanın qlikemik indeksi yüksək olan məhsullar sırasına aid olduğunu bildirib.

“İnsulin rezistentli şəkərli diabet xəstələrinin xurma ilə qidalanması arzuolunmazdır. Belə ki, bu, qanda qlükozanın miqdarını kəskin şəkildə artıra bilər. Həmçinin, tez-tez mədəsində köpmə olan şəxslərin də bu nemətdən istifadəsi tövsiyyə olunmur”, – deyə həkim izah edib.

Stepanovanın sözlərinə görə, üzəri parıltılı olan xurmanı almaq məsləhət görülmür. Belə ki, bu halda olan məhsullar bir qayda olaraq, əlavə şirə və ya kükürdlü maye ilə emal edilir. (RİA Novosti)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya bu ölkələri virusla bağlı “qırmızı siyahı”dan çıxarıb

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri