Hansı yeməklər böyrəkdə daş yaradır?

Dietoloq hansı yeməklərin böyrəkdə daşların yaranmasına səbəb olduğunu izah edib.

Azpost.info RİAMO-ya istinadən bildirir ki, dietoloq Olqa İliçeva bu barədə danışıb.

Sağlamlıq problemləri tez-tez pis qidalanma ilə əlaqələndirilir. Əgər yalnız zülallı qidalar yeyirsinizsə, bədəniniz sidik turşusu daşları və podaqra ilə qarşılaşa bilər.

Mütəxəssis izah edib ki, yağ və karbohidrat çatışmazlığı olanda orqanizm zülaldan enerji çıxarmağa başlayır. Bu, qanda yan məhsulun – ammonyakın meydana gəlməsinə səbəb olur. Bu xəstəliyin simptomları yorğunluq, letargiya, həzm problemləri və baş ağrılarıdır.

“Eyni zamanda bütün ammonyak bədəndən böyrəklər tərəfindən çıxarılır. Bu da onların üzərinə yükün və sidik turşusu daşlarının və podaqra riskinin artması deməkdir”-, İliçeva əlavə edib.

Əvvəlki məqalə

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Sonrakı məqalə

İlham Əliyev bunu prinsip məsələsinə çevirdi…