“Hazırda NATO üçün əsas məsələ Ukraynanın qələbəsini təmin etməkdir”- Stoltenberq

“Hazırda NATO üçün əsas məsələ Ukraynanın qələbəsini təmin etməkdir”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Hazırda əsas məsələ Ukraynanın NATO-ya daxil olmasının müzakirəsi deyil, Ukraynanın qələbəsidir. Çünki əks halda o, heç bir yerə daxil ola bilməyəcək”, – Stoltenberq deyib.

Baş katib həmçinin bəyan edib ki, daimi silah tədarükü Ukraynada sülhün bərqərar olmasının yeganə yoludur: “NATO ölkələri Ukrayna ilə daha yaxından işləməyə razılaşıblar və ölkəyə dəstəyi davam etdirəcəklər”.

Azpost.info

Əvvəlki məqalə

İcma-məktəb münasibətləri ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunub

Sonrakı məqalə

“Çovdar” qızıl mədənində “Qırmızı Kitab”a düşmüş bitkilər əkilib –