Heydər Əliyev prospektində sürət həddi 110 km/saat-a endiriləcək- BNA

Heydər Əliyev prospektində (metronun “Koroğlu” stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.  

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən bildirilib. Xəbərə görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib.

17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq.

“Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik”, – deyə BNA-nın məlumatında bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yol polisində edilən dəyişikliklərin əsl

Sonrakı məqalə

ABŞ ordusu terror təşkilatı elan edildi