Hindistan hakimiyyəti ölkənin adını dəyişmək istəyir

Hindistan hakimiyyəti ölkəyə köhnə adını (Bharat) qaytarmaq istəyir.

Azpost.info xəbər verir ki, bu barədə “The Economic Times” yazır.

Nəşrin məlumatına görə, parlamentin sentyabrın 18-22-də keçiriləcək növbədənkənar iclasında bu məsələ müzakirəyə çıxarıla bilər.

Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş sosial şəbəkələrdə qeyd edib ki, Hindistanda keçiriləcək G20 toplantısının şam yeməyinə rəsmi dəvətlər qonaqlara “Prezident Bharat” adından göndərilib.

Ölkə parlamentinin yuxarı palatasının deputatlarından biri Hindistanın min illərdir “Bharat” adı ilə tanındığını, bunun ölkənin qədim adı olduğunu, indikinin isə “müstəmləkə və köləliyin simvolu” olduğunu deyib.

Azpost.info

Əvvəlki məqalə

“Quterreş “taxıl sazişi” üçün vasitəçilik mexanizmini təklif edib”

Sonrakı məqalə

“Laçın yolu ətrafındakı vəziyyət humanitar deyil, siyasi xarakter daşıyır”