Hindistan ordusunun Baş qərargah rəisinin olduğu Mİ-17 helikopteri qəzaya uğrayıb

-VİDEO
08 Dekabr 2021 - 13:56

Hindistan Hərbi Hava Qüvvələrinin Baş qərargah rəisi Bipin Ravatın olduğu helikoper Tamiland ştatında qəzaya uğrayıb. 

Azpost.info ANİ agentliyinə istinadən bildirir ki, helikopterdə onun ailə üzvləri və köməkçiləri olub. 4 nəfərin həlak olduğu bildirilir. Helikopterdə 14 nəfərin olması güman edilir.

Hindistan hərbi Hava Qüvvəlinin yaydığı məlumata görə, qəza Kunqur şəhərində baş verib. “Bortunda Baş qərargah rəisinin olduğu Mİ-17B-5 helikoperi qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır”.