Hindistan yerli valyuta ilə ticarət və banklararası məlumat mübadiləsi üçün alternativ SWIFT sisteminin yaradılması variantlarını nəzərdən keçirir.
Azpost.info xəbər verir ki, bu barədə “The Economic Times” yazır.
Hökumət bu məsələ ilə bağlı ekspert komissiyası yaradıb və yaxın vaxtlarda öz işinin nəticələrini təqdim edəcək.
Təşəbbüs Hindistan valyutasını beynəlxalq səviyyəli etmək üçün hökumətin daha böyük planının bir hissəsidir.
Nəşr qeyd edir ki, ekspert komissiyasına Hindistanın əsas banklarının – Hindistan Dövlət Bankının, Mərkəzi Bankın və Baroda Bankının nümayəndələri təmsil olunur.