Hindistanda 2 mindən çox kişi həbs edildi- Azyaşlı qızlarla nikaha girdikləri üçün

Hindistanın şimal-şərqindəki Assam əyalətində polis azyaşlı qızlarla nikaha girənlərə qarşı təşkil edilən reyd zamanı 2169 kişini həbs edib.

Azpost.info xəbər verir ki, qucaqlarında uşaqları olan azyaşlı analar ərlərinin həbsinə qarşı çıxıblar.

“Bir yerdə yaşayırdıq və birtəhər dolansaq da, xoşbəxt idik. İndi ərim həbs olunandan sonra bizi kim təmin edəcək?” – onlardan biri narazılığını açıq şəkildə ifadə edib.

1978-ci ildə Hindistan qanunlarında kişilərin 21, qadınların isə 18 yaşında evlənməsinə icazə verən dəyişiklik edildi. Bu məhdudiyyətlər bu gün də qüvvədədir. Bununla belə, Hindistanda əsasən kənd sakinləri arasında 18 yaşından kiçik qızlarla nikahlar tez-tez baş verir.

2021-ci ilin dekabrında Hindistan parlamentinə baxılmaq üçün kişilər və qadınlar üçün minimum nikah yaşının 21 olmasını nəzərdə tutan qanun layihəsi təqdim edildi. Lakin sənəd hələ də təsdiq olunmayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar

Sonrakı məqalə

Bakı-Quba yolunda iki yük maşını toqquşub