Hindistanda qatar relsdən çıxdı, ölənlər var

13 Yanvar 2022 - 20:08

Hindistanın Qərbi Benqal vilayətində Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarı relslərdən çıxıb.

Nəticədə üç nəfər həyatını itirib.

Qatarın ən azı dörd vaqonunun relsdən çıxdığı bildirilir. Hadisə yerinə çox sayda xiasedici və təcili tibbi yardım xidməti cəlb edilib.