Hollandiya aviaşirkəti İran üzərindən uçuşları dayandırıb

17 Yanvar 2020 - 16:56

Hollandiya Kral Hava Yolları İran və İraq üzərindən uçuşlar həyata keçirməyəcəyini açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb İranın Ukrayna təyyarəsini vurmasıdır.

Aviaşirkətdən bildirilib ki, “Air France-KLM”in törəmə şirkəti olan KLM təhlükəsizlik səbəblərinə görə İran və İraq hava sahələrinə girməyəcək.

Vurğulanıb ki, KLM-in həmin bölgədəki sonuncu reysi insidentdən bir saat öncə baş tutub.