Hollivud kinostudiyaları Rusiyanı tərk etdikdən sonra 2022-ci ildə Rusiyanın ən böyük film şəbəkələrinin gəlirləri demək olar ki, iki dəfə azalıb.
Azpost.info xəbər verir ki, 65 kinoteatrı idarə edən ən böyük birləşmiş kinoteatrlar şəbəkəsi “Formula Kino” və “Cinema Park” 2022-ci ildə əvvəlki ilə nisbətən gəlirlərinin 43,2 faizini itirib. Göstərici 4,6 milyard rubla qədər azalıb. Kinoteatrların işləmədiyi 2020-ci il pandemiya zamanı da qazanc təxminən eyni məbləğdə (4,3 milyard rubl) idi.
KARO şəbəkəsi gəlirlərinin 41,8 faizini itirib və 2,2 milyard rubl qazanıb. Onun xalis zərəri 1,3 milyard rubl olub.
“Kinomax”ın gəliri 46,6 faiz azalaraq 2 milyard rubla enib və təxminən 1 milyard rublluq itkisi olub.
Ukraynada müharibə başlayandan sonra ABŞ-ın ən böyük kinostudiyaları öz filmlərini Rusiyada yaymaqdan imtina etdilər. Məsələn, 2021-ci ildə xarici filmlər ölkədəki bütün kassa gəlirlərinin demək olar ki, 75 faizini təşkil edib ki, bu da 40,7 milyard rubl təşkil edib.
Azpost.info