Avropa İttifaqı (Aİ) rəhbərliyi Stokholmda iyunun 28-də – müsəlmanların Qurban bayramının ilk günü “Quran”ın yandırılması ilə bağlı aksiyanı pisləyir.
Azpost.info xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanat müəllifləri bildirirlər ki, aksiya irqçilik və ksenofobiyanı qızışdırmağa yönəlib və Aİ-nin mövqeyini əks etdirmir.
“Aİ İsveçdə bir şəxs tərəfindən “Quran”ın yandırılmasına qarşı kəskin etirazında İsveç Xarici İşlər Nazirliyinə qoşulur. Bu akt heç bir şəkildə Avropa İttifaqının fikirlərini əks etdirmir. “Qurani-Kərim”i və ya hər hansı digər müqəddəs kitabı yandırmaq təhqiramizdir, hörmətsizlikdir və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur”, – bəyanatda qeyd olunur.
Azpost.info