Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.
“Report” xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliklə, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.
Bu əlavə və dəyişikliklərlə əlaqədar Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik də nəzərdə tutulub.