İctimai nəqliyyatda koronavirus profilaktikasına dair yeni

QAYDALAR
11 May 2020 - 13:42

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlər” əsasında yeni qaydalar hazırlayıb.

Trend-in məlumatına görə, qaydalar daşıyıcı şirkətlər, sürücülər və sərnişinlər üçün nəzərdə tutulub.

Bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özünüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərsiniz.