İki ayda Rusiyadan xaricə 10 milyon insan gedib- Ruslar ən çox hansı ölkələrə üz tutublar?

2022-ci ilin üçüncü rübünün (iyul-sentyabr) nəticələrinə görə, xaricə gedən rusiyalıların sayı 9,7 milyon nəfər olub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Federeal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu rəqəm ikinci rübün göstəricisindən (5 milyon) təqribən 2 dəfə və ötən ilin eyni dövrünün göstəricisindən 1,2 milyon çoxdur.

İyul-sentyabr aylarında Abxaziya 2,48 milyon nəfərlik göstərici ilə ruslar arasında ən populyar istiqamət olub. İkinci yerdə 2,16 milyon ziyarətçi sayı ilə Türkiyə qərarlaşıb. Ən populyar ölkələrin ilk beşliyinə həmçinin Qazaxıstan (1,25 milyon), Gürcüstan (0,46 milyon) və Finlandiya (0,43 milyon) daxildir. Ümumilikdə Rusiyadan gedənlərin 70 faizindən çoxu bu beş ölkənin payına düşür.

Həmçinin, son beş ildə Rusiyadan postsovet ölkələrinə gedişdə də rekord göstəricilər var. Rekord qıran istiqamətlərə Qazaxıstan, Ermənistan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir.

Azpost.info

Əvvəlki məqalə

Neft qiymətləri bahalaşıb

Sonrakı məqalə

İcbari Tibbi Sığorta Fondunun 2027-ci ilə kimi büdcə gəlirləri açıqlanıb