Ermənistan diplomatik kanallar vasitəsilə Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın ofisinin mətbuat xidməti məlumat yayıb.
Bu təşəbbüsün sərhədyanı ərazilərdə gərginliyin qarşısını alacağı güman edilir.
“Ermənistanın Baş nazirinin ofisi diplomatik kanallar vasitəsilə Azərbaycan Prezident Administrasiyasına atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib. Baş nazirin ofisi bu mexanizmin praktiki tətbiqinə başlamağı təklif edir”, – məlumatda deyilir.
Azpost.info