“İlin sonuna qədər dünya qlobal aclıqla üzləşə bilər” –Putinin köməkçisi

“2022-ci ilin sonuna qədər dünya qlobal aclıqla üzləşə bilər və Rusiyanın bundan əziyyət çəkməsinin qarşısını almaq vacibdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin deyib.

Onun fikrincə, problem payızda özünü göstərməyə başlayacaq və əsas səbəb dünya bazarında buğdanın qiymətinin artması olacaq. Oreşkin yumşaq pul siyasəti apardığına və bazarlara əlavə likvidlik yeridib yüksək inflyasiyaya səbəb olduğuna görə ABŞ-ı günahlandırıb.

Rusiya prezidentinin köməkçisi onu da qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya taxıl ixracına kömək etmək istəyi problemləri daha da artırır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Alimpaşa Məmmədovun həbs müddəti yenidən uzadılıb