1961-ci il aprelin 12-də dünyada ilk insan kosmosa uçdu. Bütün dünyanı heyrətləndirən bu şəxs SSRİ vətəndaşı Yuri Qaqarin idi.
Baykonur start məntəqəsindən göyə qalxan “Vostok” gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.
14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olub. O, Moskvada Kreml divarında dəfn olunub. İzdihamlı dəfn mərasimi 31 mart 1968-ci ildə keçirilib.
İnternetdə onun dəfni ilə bağlı nadir kinoxronika yayımlanıb. Kadrlarda SSRİ rəhbərliyi, kosmonavt yoldaşları və Moskva sakinləri əks olunub. Qırmızı Meydanda keçirlən matəm mitinqindən sonra Qaqarinin külü olan urna Kreml divarları yanında dəfn olunur. Yuri Qqarin həlak olarkən 35 yaşında idi.
Bu il onun vəfatından 55 il ötür.
Azpost.info həmin görüntüləri oxucularına təqdim edir.