İlk sabunlar nə vaxt yaranıb? –5 min il əvvəl harada sabunla çimiblər? /ARAŞDIRMA

Elm adamları sabunun ixtirasından əvvəl insanların öz gigiyena qaydalarına hansı üsullarla və necə əməl etdikləri haqqında məlumat verməklə yanaşı eləcə də qədim sabunun tamamilə sadə formulaya, uzun tarixə malik olması barədə bir çox maraq doğuran faktlar təqdim ediblər.

Azpost.info bildirir ki, Amerikada tədqiqatçı alim kimi fəaliyyət göstərən, Missisipi Dövlət Universitetinin əməkdaşı və tarixçisi olaraq çalışan Judit Riedner “Live Science” nəşrinə bu barədə danışıb. Alim deyib ki, sabun adi bir şəxsi qulluq vasitəsinə çevrilməzdən əvvəl “bir çox insanlar həqiqətən pis qoxuyurdu”.

Alim bildirib ki, əslində sabuna bənzəyən belə maddələr haqqında ilk yazılı qeydlər təxminən eramızdan əvvəl 2500-cü illəri əhatə edir. Elm adamları vurğulayıblar ki, sabunlarla bağlı olan mətnlər, həmçinin tarixilik baxımından ən qədim yazılı tarix də məhz ilkin dövrlərdə Mesopotamiyada yaranıb.

Araşdırmalar zamanı üzə çıxan gil həbləri göstərib ki, qədim şumerlər təmizlənmək üçün su və natrium karbonatdan – bitki külünün toz duzundan, yaraları sağaldıb təmizləmək üçün isə pivədən, isti sudan istifadə ediblər.

Lakin qədim yunanlar, eləcə də romalılar isə yuyunmağa bir az fərqli yanaşdılar. Su ilə yuyunduqdan sonra onlar bədənlərini ətirli zeytun yağları ilə köpükləndirməyi xoşlayıblar. Daha sonra öz bədənlərindən kirləri silməkdən ötrü strigil adlanan əyri alətdən istifadə ediblər. Mütəxəssislərin fikrincə, ancaq bu, çirkin “kamuflyajı” heç vaxt nə yunanların, nə də romalıların pak təmizlənmə texnikasına çevrilə bilməzdi. Belə çıxır ki, bu xalqların içində yaşayan və həmin millətlərə mənsub olanların hər biri əslində lazım olduğu qədər gigiyenik qaydalara riayət etməyiblər.

Bir neçə yüz il sonra isə Mesopotamiya bölgəsindəki Akkad İmperiyası xurma və şam qozu, həmçinin tamarisk adlanan kol bitkilərin qarışığından yüksək səviyyədə ustalıqla istifadə etməklə nəticə əldə edə bildilər. Onlar öz dövrünün ən gözəl, həm də xüsusi zövqlə hazırlanmış mükəmməl, ideal tərkibli, hətta mikrobları belə məhv edən elə sabun kəşf kəşf etmişdilər ki, bu sabun qarışığı növü müasir sabunun əsas tərkib hissələrinə tamamilə uyğun gəlir.

Beləliklə, geniş tədqiqatlardan sonra elm adamları belə qənaətə gəliblər ki, müasir sabunla qədim sabunun arasında elə çox da fərq yoxdur.

Qədim sabunların daha keyfiyyətli olması ilə bağlı dəfələrlə alimlər maraqlı, əhatəli açıqlamalar veriblər. Sabun istehsalında belə üsullarla qədim tərkiblərə qayıtmağı təklif edən alimlər bundan daha əvvəl isə balıq ətindən istifadə etməklə kosmetika hazırlamağı təklif etmişdilər.

Oqtay QORÇU 

Əvvəlki məqalə

Livanda partlayan peycerləri buraxan şirkət rəhbəri nə deyib? –

Sonrakı məqalə

Qütb ayısı əslində ağ rəngdə deyil