İlon Mask insanabənzər robotun istehsalına başlayır

İlon Mask “Tesla”nın 2023-cü ildə “Optimus”un – insanabənzər robotun istehsalına başlanacağını açıqlayıb.

Azpost.info  xarici KİV-lərə istinadla xəbər verir ki, “Tesla” 2023-cü ildə ilk robotun istehsalına başlamalıdır. İlon Mask hesab edir ki, antropomorfik (insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi) robot yaratmaq layihəsi onun şirkəti üçün çox iddialıdır.

“Tesla”nın istehsal edəcəyi robotun hündürlüyü 1,7 metr, çəkisi isə təxminən 60 kiloqram olacaq.

Əvvəlki məqalə

Ərdoğan Pakistanın yeni Baş nazirini təbrik edib

Sonrakı məqalə

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb