Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə görə təkbətək döyüşə çağırmasına Çeçenistan rəhbəri Ramzan Kadırov münasibət bildirib.
Azpost.info bildirir ki, Kadırov tvitterdə yazdığı statusda İlon Maskı “Elona” adlandırıb və ona Putinlə görüşə hazırlaşmaq üçün Çeçenistanda xüsusi təlimlər keçməyi təklif edib:
“Çox fərqli çəki dərəcələri var. Rinqin bir tərəfində biznesmen, digər tərəfində isə dünya siyasətçisi, strateq və Qərb üçün fırtına. Maskın nəvazişkar Elonadan qəddar Elonaya çevrilməsi üçün “nasos” lazımdır. O, bununla bağlı Çeçenistanın bir neçə mərkəzində təlim keçməlidir”.
İlon Maskın cavabı isə çox gecikməyib: “Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə həddən artıq üstünlük verərdi. Əgər Putin döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə etməyə hazıram”.
İlon Mask istehza ilə Tvitterdə adını da dəyişərək “Elona Musk” qoyub.