İmamoğlu “Prezident olmaq istəyirsiniz?” sualını cavablandırdı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 2023-cü ildə Türkiyədə keçiriləcək Prezident seçkiləri ilə bağlı açıqlama verib.

“TV-1000” telekanalının qonağı olan İmamoğlu, verilişdə gələn il seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sualla üzləşib.

İmamoğlu “Prezident olmaq istəyirsiniz?” sualına “Bu çiyinlər bütün yükləri daşıyar” deyə cavab verib.

Qeyd edək ki, Əkrəm İmamoğlu bu yaxınlarda qatıldığı televiziya proqramında “Bütün CHP üzvlərinin namizədi Kamal Kılıçdaroğludur. Amma günün sonunda qərarı “Altılı Masa” verəcək. İlkin məsələ namizədin elanından çox prosesin idarə olunmasıdır” demişdi. (Qafqazinfo)

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.